Gəncədə 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

Gəncə şəhərində 2 avtomobil toqquşub, xəsarət alanlar var.

Olaylar.az  Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şərq çıxışında baş verib. "VAZ-21011" markalı avtomobillə "Nazlifan" markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin orta-ağır, digərlərinin isə qənaətbəxş və normal olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri isə araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31