Keçmiş məhkumun həyətində marixuana aşkarlanıb

Bakıxanov qəsəbə sakini R.Məmmədova məxsus həyətyanı sahədən çətənə kolları və marixuana aşkar edilərək götürülüb.DİN-dən "Olaylar"a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə  kolu və 40 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31