9 evdən su nasosu oğurlayan yaxalanıb
15 Avqust 2018 16:59 KriminalPaytaxtın iki rayonu ərazisində 9 evin həyətyanı sahələrindən su nasosları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Səbail RPİ 9-cu PB və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyulun 19-dan avqustun 11-dək olan müddətdə bu rayonların ərazisində 9 evin həyətyanı sahələrindən su nasosları oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Pərviz Səfərov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31