Evləri qarət edən şəxs ələ keçib
15 Avqust 2018 16:55 KriminalXəzər rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyunun 22-də rayon ərazisindəki evlərin birindən 400 manat pul və 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31