Evdən qızıl əşyalar aparan tutulub
15 Avqust 2018 16:51 KriminalNəsimi rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Nəsimi RPİ 19-cu PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il mayın 10-da Nəsimi rayonu ərazisindəki mağazaların birindən 50 manat pul, tütün məmulatı və sərinləşdirici içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tuqay Purdari saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 7-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Əzimovla birgə Abşeron rayonu ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib. Görülmüş tədbirlərlə R.Əzimov da saxlanılıb.