Ticarət mərkəzindən məişət əşyaları oğurlanıb

Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində oğurluq hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 14-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərinin birində Bakı şəhər sakini S.Bayramova məxsus mağazadan məişət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Fərəcov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31