Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub
15 Avqust 2018 15:46 KriminalTovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda, sürücü qapısının örtüyü altında gizlədilmiş, 2 ədəd "Samsung Galaxy J5", 2ədəd"Samsung Galaxy J2" və 1ədəd "Samsung Galaxy A6" markalı mobil telefonlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31