Qusarda 6 otaqlı ev yanıb

Qusar rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, rayonun Suvacal kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində bir otağın tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31