Kürdə batan 21 yaşlı gəncin meyiti tapılıb

Kür çayının Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində (nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Məmmədov Məzahir Qabil oğlu batıb.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu M.Məmmədovun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31