Saatlıda ağır qəza - 2 nəfər yaralandı (FOTOLAR)
8 Avqust 2018 13:56 KriminalBu gün səhər saatlarında Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az Vision.az-a istinaden xəbər verir ki, qəza rayonun Bəylər kəndi ərazisində qeydə alınıb. Belə ki, "Shacman" markalı, 99 BO 962 dövlət qeydiyyat nişanlı yük maşını, 90 SU 196 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "VAZ-2106" da olan 2 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Dövlət Yol Polisi faktla bağlı araşdırma aparır.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31