Bakıda oteldə daha bir ərəb öldü
8 Avqust 2018 11:16 KriminalBakıda ərəb turist dünyasını dəyişib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin Nərimanov rayonu ərazisindəki "Caspian Bussines" otelində vəziyyəti pisləşib.
O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31