18 yaşlı qız intihara cəhd etdi

Bakıda 18 yaşlı qız özünü öldürmək istəyib

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 05 radələrində baş verib. 2000-ci il təvəllüdlü, Binəqədi rayon sakini F.M Dənizkənarı Milli Parkda "Şeytan çarxı" atraksionunun yanında özünü dənizə atıb. Ərazidə olan polislərlər və Bulvar İdarəsinin əməkdaşlarının müdaxiləsi ilə gənc qız sudan sağ çıxarılıb və Polis Bölməsinə aparılıb.

Onun hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31