Sənədsiz silahlar götürüldü

Sabirabad və Şəmkir sakinlərindən silah götürülüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabirabad RPŞ-nin əməkdaşları Qaraqaşlı kənd sakini Cəsarət Nəzərovdan müvafiq sənədləri olmayan "Sauer" markalı, Şəmkir RPŞ-nin əməkdaşları rayon sakini Aslan Aslanovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngləri götürüblər.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31