KİV: Orxan Camalın "Seleka" üsyançıları tərəfindən öldürülməsi ehtimalı var

Rusiyadan olan jurnalistlərin Mərkəzi Afrika Respublikasında (MAR) "Seleka" üsyançı hərəkatı silahlıları tərəfindən öldürülməsi ehtimalı var.

Bu barədə adıçəkilən ölkənin radiosu güc strukturlarındakı mənbələrə istinadən bildirib.

Xatırladaq ki, dünən Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. 

Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31