Ağstafa sakinini ildırım vuraraq öldürüb

Ağstafa rayonunda ildırım kişini vuraraq öldürüb.

Hadisə rayonun Köçəsgər kəndində baş verib.

Məlumata görə, kənd sakini 54 yaşlı Yüsibov Yüsif Səfər oğlunu çöl ərazisində ildırım vuraraq öldürüb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31