Kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb
31 İyul 2018 14:57 KriminalXaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş.Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, iyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31