Silsilə oğurluqla məşğul olan şəxslər tutulublar

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri saxlanılıblar.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhsəti qəsəbəsində 3 evdən elektrik naqili, təmir-tikinti alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Bayraməliyev və Bilal Əliyev saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31