Qardaşını öldürən nişanlı qıza cinayət işi açılıb
18 İyul 2018 16:01 KriminalGədəbəydə qardaşını bıçaqlayaraq öldürən Sevinc Alıyevaya qarşı cinayət məcəlləsinin 120.1-ci maddəsilə (qəsdən adam öldürmə) cinayət işi açılıb. Bu barədə Gədəbəy Rayon Prokurorluğundan verilən məlumata görə, Sevinc Alıyeva hadisə baş verən gün saxlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınlarının bildirdiyinə görə, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib. S.Alıyevanın nişanlı olduğu, ailənin toya hazırlaşdığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31