Rusiyada bazarda atəş açan azərbaycanlı 11 illik həbs cəzasına məhkum edilib

Rusiyanın Kazan şəhərində yerləşən "Vyetnam bazarında" adam öldürməyə cəhd göstərməkdə təqsirləndirilən 38 yaşlı azərbaycanlı həbs edilib.

Onun barəsində Sovet rayon məhkəməsi hökm çıxarıb.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il həbs cəzasına məhkum edilib.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs 2017-ci ilin noyabrında borca görə iki nəfərlə Jurnalistlər küçəsində ticarət pavilyonunun yanında mübahisə edib. Əsəbləşən müttəhim 1933-cü ilin modeli olan TT tapançasından mübahisə etdiyi adamlara dörd dəfə atəş açıb. Yaralılar xəstəxanaya çatdırılıb və sağ qalıblar.

Müttəhim təqsirini qəbul etməyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31