İçərisində pul və qızıl olan çantanı oğurlayan saxlanıb

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Ziyadxan Əliyevin içərisində 800 manat, qızıl saat, gümüş dəsti və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31