İmişlidə ölümlə nəticələnən qəza baş verib

İmişli rayonunun Xəlfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 16-da saat 21 radələrində İmişli rayonunun Xəlfəli kəndi ərazisində Əfqan Hacıyev idarə etdiyi "Priora" markalı avtomobillə yola çıxmış camışı vurub. Nəticədə Ə.Hacıyevin sərnişini - bacısı Beyləqan rayon sakini Sevil Hacıyeva hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31