Sahibsiz itlərə atəş açan şəxs saxlanılıb
16 İyul 2018 18:53 Kriminalİyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31