Yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədi çıxarılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonunun Xıdırlı kəndində "KAMAZ" markalı yük avtomobili yolda idarəetməni itirərək aşmışdır.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat başa çatmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31