Avtoqəzada 2 nəfər ölüb, 1-i yaralanıb
Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
3 İyul 2018 18:22 KriminalKürdəmir rayonunun Sığırlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 2-də saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində kənd sakini Seyid Əmirov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini Mustafa Rüstəmovun idarə etdiyi "VAZ-2109" markalı avtomobilə vurmuş, sonradan "VAZ-2109" markalı avtomobil yolun kənarındakı kanala aşmışdır. Nəticədə M.Rüstəmov və sərnişinlərindən Goranboy rayon sakini Aqşin Məmmədov hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.