Avtomobil yolu keçən piyadanı vurub öldürdü
3 İyul 2018 18:18 KriminalNərimanov rayonu Z.Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 2-də saat 3 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Oqtay Qurbanov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Lerik rayon sakini Rahim Novruzovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31