Keçmiş məhkum qadının telefonunu oğurladı

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də Bakı şəhər sakini N.Əliyevanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Taləddin Əhmədov saxlanılıb. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31