Axtarışda olan şəxs cinayət başında yaxalandı
3 İyul 2018 18:06 KriminalPaytaxtda soyğunçuluqla məşğul olan şəxslər saxlanıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki parkların birində Şirvan şəhər sakini Vicay Əmənovu döyüb 245 manatını almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Şərur rayon sakini Faiq Hüseynov və Ağstafa rayon sakini Tofiq İsayev saxlanılmışlar.Araşdırmalar zamanı T.İsayevin borclu şəxs qismində axtarışda olması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31