Cib dəsmalının arasından heroin çıxdı
2 İyul 2018 15:49 KriminalDövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
DGK-dan "Olaylar"a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın əlində saxladığı cib dəsmalının arasında bir ədəd bükümdə xalis çəkisi 3,22 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31