Soyğunçuluqla məşğul olan şəxs ələ keçib
Soyğunçuluqda şübhəli bilinən Bilgəh qəsəbə sakini saxlanıb.
2 İyul 2018 15:12 KriminalSoyğunçuluqda şübhəli bilinən Bilgəh qəsəbə sakini saxlanıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər qəsəbə sakini Rəsmiyyə Mirzəyevaya hədə-qorxu gələrək mobil telefonunu almışdır. 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Nizami Vəzirov saxlanılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31