Qonşusunu qətlə yetirən Şəki sakini saxlanıb

Şəki şəhər sakini Ələsgər Teymurovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıb.

Şəki şəhər sakini Ələsgər Teymurovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarət olması bildirmişdir.Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilmişdir.Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılmışdır.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31