Oğru “iş başında” yaxalandı
2 İyul 2018 15:07 KriminalMağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 1-də saat 01.29-da Quba rayonu Timiryazev qəsəbəsinin ərazisindəki qorunan mağazaların birindən Quba Regional Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq Quba RPŞ-yə təhvil verilmişdir. Araşdırmalarla onun şəhər sakini Əmrah Əmrahov olduğu müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31