Sürücü kombayının altında qalıb öldü

Cəlilabad rayonu ərazisində “Niva” markalı taxıl biçən kombayn aşıb.

Cəlilabad rayonu ərazisində "Niva" markalı taxıl biçən kombayn aşıb.

Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə iyunun 30-da saat 14 radələrində Cəlilabad rayonunun Məşədilər kəndi ərazisində baş verib. Belə ki, şəhər sakini Aydın Dünyamalıyev idarə etdiyi "Niva" markalı taxıl biçən kombaynı aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31