Şəmkirdə süni göldə 4 nəfər boğulub
Şəmkirdə süni göldə boğulan 4 nəfərin kimliyi məlum olub.
2 İyul 2018 11:34 KriminalŞəmkirdə süni göldə boğulan 4 nəfərin kimliyi məlum olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatıb. A.Qayıbovun, A.Tağıyevin və M.Məmmədovanın cəsədləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Əliyeva Zeynəb Ədalət qızının cəsədi polis əməkdaşları tərəfindən sudan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31