Qəbiristanlıqdan oğurluq edənlər saxlanıb
29 İyun 2018 17:35 KriminalQəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 28-də Ağcabədi Rayon Polis Şöbəsinə Xocavənd kənd qəbiristanlığındakı qəbirlərin birinin ətrafına quraşdırılmış alüminumdan olan bəzək əşyalarının oğurlandığı barədə müraciət daxil olub. Polis əməkdaşlarınını "isti izlər"lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elgün Süleymanov və Ağdam rayon sakini Saday Mehdiyev saxlanılıblar.Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31