"Hacı Beyləqanski" saxlanıldı - SON DƏQİQƏ+VİDEO
1 İyun 2018 09:24 KriminalAzərbaycanlı "qanuni oğru" "Hacı Beyləqanski" Rusiyada saxlanılıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Hacıbaba Talıbxanlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Moskvada həbs olunub. Hələlik onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
Qeyd edək ki, "Hacı Beyləqanski" ləqəbli kriminal avtoritet 2016-cı ildə İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin ən sadiq və yaxın adamlarındadır.
Xatırladaq ki, kriminal avtoritet bir müddət əvvəl Türkiyədə Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birgə saxlanılmış, qısa müddət sonra isə sərbəst buraxılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31