Avtomobildən oğurluq edən şəxs yaxalanıb
Avtomobildən oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
31 May 2018 17:35 KriminalAvtomobildən oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in "102-Zəng Mərkəzi" Xidmətinə Nəsimi rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub. Dərhal hadisə yerinə gələn Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 26-dan 29-dək olan müddətdə A.Məhərrəmov küçəsində Ramiz Ramazanova məxsus "Volkswagen" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə mobil telefon, içərisində geyim və ərzaq məhsulları olan 2 ədəd çantanın oğurlandığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfəri qısa müddətdə müəyyən edərək saxlayıblar. Araşdırmalarla onların Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Muxtarov və Abşeron rayon sakini Məhərrəm Süleymanov olduqları məlum olub.
Faktla bağlı araşdırma aparılır.