Metroda “cibgir” ələ keçib

İctimai nəqliyyatda cibgirlik edənlər saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumatab görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb. Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Süleymanova "İçərişəhər" stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulam Muxtarov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31