Evləri qarət edənin əlləri qandallanıb

Suraxanı rayonundakı evlərdən oğurluq edən şəxs ələ keçib.

DİN-dən "OLaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Əmircan qəsəbəsindəki evlərin birindən 230 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakin, əvvəllər oğurluğa görə məhkum olunmuş Cəbrayıl Abuzərov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31