Sabirabad sakinin evində marixuana aşkar edilib
31 May 2018 17:26 KriminalSabirabad rayon sakinin evində narkotik vasitə aşkar edilib.
DİN-dən "OLaylar"a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Əhməd Əbilovun yaşadığı evdən 475 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31