Kişi internetdə tanış olduğu qadından 57 min dollar aldı – Məhkəmə

Bakıda tanış olduğu qadına qarşı dələduzluq etməkdə təqsirli bilinən Ramil Muradovun cinayət işi üzrə məhkəmə proses keçirilib.

Bakıda tanış olduğu qadına qarşı dələduzluq etməkdə təqsirli bilinən Ramil Muradovun cinayət işi üzrə məhkəmə proses keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə cinayət işini yenidən araşdırılması üçün prokurorluğa qaytarılması barədə qərar qəbul edib.

Qərara görə, cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud qanun pozuntularına yol verilib.

İttihama görə, bu il yanvarın 30-da Binəqədi rayon Polis İdarəsinə müraciət edən şəxs mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götrülməsi əsaslı şübhələr yaratdığından əməliyyatçılar qadını saxlayıblar.

İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etiraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib. Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi polisi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini Ramil Muradovu saxlayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü "hepatit" xəstəsi kimi təqdim edərək ondan maddi kömək istəyib.

Ramil Muradov bu yolla ötən ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Qadın pulları xəstə bildiyi Ramil Muradova ərindən xəbərsiz verib. Ramil Muradovun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Qadın sərbəst buraxılıb.

Amma Ramil Muradov barəsində dələduzluq və hədə qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31