Oğrunun dələduzluq etməsi də aşkar olub

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakininin dələduzluq etməsi də müəyyən edilib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən mayın 18-də rayon ərazisindəki evlərin birindən 77 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Şahverdiyev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 31-də bir nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31