Şəmkir sakinindən odlu silah götürülüb

Şəmkir rayon sakinindən odlu silah aşkar edilib.

DON-dən "Olaylar"a verilən məlumata görə, Göygöl RPŞ və DTX-nin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən "AKMS" silahı, "TOZ-16" tüfəngi, 13 ədəd avtomat patronu və 1 ədəd patrpon darağı götürülüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31