Bağ evindən kabel oğurlayan 2 yeniyetmə tutulub

Şağan qəsəbəsindəki bağ evlərindən elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 21-dən 29-dək olan müddətdə Şağan qəsəbəsindəki bağ evlərinin birindən 1500 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31