Gömrükçülər beynəlxalq axtarışda olan nəqliyyat vasitəsini saxlayıblar
30 May 2018 15:39 KriminalBan nömrəsi beynəlxalq axtarışda olan nəqliyyat vasitəsi saxlanılıb.
Dövlət Gömrük Komitəsindən "OLaylar"a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib. Yoxlama zamanı, 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31