Bakıda alman turist enerji içkisindən zəhərləndi
Bakıya turist kimi gələn əcnəbi zəhərlənib.
30 May 2018 10:44 KriminalBakıya turist kimi gələn əcnəbi zəhərlənib.
Hadisə mayın 30-u gecə saat 01 radələrində baş verib.
Paytaxtın Nizami küçəsi (Tarqovıy) 50 ünvanında yerləşən "Hostel"də qalan İran əsilli Almaniya vətəndaşı, 1980-cı il təvəllüdlü Kərimi Əmir Abrus oğlu həddən artıq "Hell" enerji içkisi içdiyi üçün zəhərlənib. O, Kliniki Tibii Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün hələ dəı dindirilməsi mümkün olmayıb.
Ə.Kərimi mayın 29-da Azərbaycana gəlib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31