Qobustanda sərnişin avtobusu aşıb, xəsarət alan var

Qobustan rayonunda sərnişin avtobusu aşıb.

Qobustan rayonunda sərnişin avtobusu aşıb.

Hadisə rayonun "Cəngi" yaşayış massivində qeydə alınıb.

Belə ki, Şəkidən Bakıya gələn avtobus hərəkətdə olarkən arxa şini partlayıb və nəticədə yoldan çıxaraq aşıb. Qəza zamanı sərnişinlərdən Şəki rayonunun Baş Zəyzid kənd sakini Məryəm İsmayıl qızı Cəlalova ağır xəsarətlər alıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31