İçərisində pul olan çantanı oğurlayan yaxalanıb

İçərisində pul və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.

İçərisində  pul və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də B.Vəlizadənin içərisində 50 manat və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini  Eltun Qurbanzadə saxlanılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31