“Opel” yolu keçən piyadanı vurub öldürüb

Sabunçu qəsəbəsi ərazisndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu qəsəbəsi ərazisndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 28-də saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Babək Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən paytaxt sakini Şaiq Yusifovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31