Qəza törədib qaçan Bakı sakini tutulub
29 May 2018 16:44 KriminalMayın 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və araşdırmalarla Bakı şəhər sakini M.Əliyevin həmin gün saat 18 radələrində Tbilisi prospektində yolu keçərkən motosikletlə vurulduğu məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin mopedlə törətildiyi müəyyən edilib və qəzanı törədərək hadisə yerindən yayınan nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Ağa Əzimov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31