Gömrükdə külli miqdarda zərgərlik məmulatı tutulub

Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib.

Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Actros" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31